Haqqımızda Reklam
28 
Sen
2026
21:40
18
4
3245

Sərxoş vəziyyətdə avtomobil idarə edənlər üçün yeni qayda qüvvəyə minib

Gürcüstanda sürücülük hüququnun sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə dayandırılması ilə bağlı yeni qayda qüvvəyə minib. 24News.ge xəbər verir ki, inzibati Xətalar Məcəlləsinə avqustun 31-də edilmiş dəyişikliklərə əsasən, sürücünün idarəetmə hüququ sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə dayandırılıbsa, həmin şəxs qərardan məhkəməyə şikayət verdiyi müddətdə avtomobil idarə edə bilməyəcək. Dəyişiklik Məcəllənin 116-cı maddəsinə – nəqliyyat vasitəsinin alkoqollu sərxoşluq vəziyyətində idarə edilməsinə aiddir. Qanunvericiliyə əsasən, sürücünün qanında etanolun miqdarı 0,3 promildən çox, 0,7 promildən çox olmadıqda, onun sürücülük hüququ 6 ay müddətinə dayandırılır. Etanolun miqdarı 0,7 promildən çox olduqda və ya sürücü müayinədən keçməkdən yayındıqda isə sürücülük hüququnun 1 il müddətinə dayandırılması nəzərdə tutulur. Məcəllədə həmçinin sürücünün sərxoş vəziyyətdə avtomobil idarə etdiyi zaman sürücülük hüququnun əvvəlcədən eyni və ya başqa səbəbdən dayandırıldığı, yaxud şəxsin ümumiyyətlə sürücülük vəsiqəsinin olmadığı hallar da nəzərdə tutulur. Bu hallarda sürücülük hüququnun dayandırılması ilə yanaşı, pul cəriməsi də tətbiq olunur. Əvvəllər sürücülərin belə qərarlardan şikayət vermək hüququ var idi və şikayətə baxıldığı müddətdə onlar avtomobil idarə edə bilirdilər. Avqustun 31-dən qüvvəyə minən dəyişikliklə isə bu imkan aradan qaldırılıb. Beləliklə, qərardan şikayət verilməsi sürücülük hüququnun dayandırılmasını müvəqqəti olaraq dayandırmır.

www.24news.ge