Haqqımızda Reklam
20 
Sen
2026
19:07
7
3
568

Dmanisidə meşədə qadına qarşı zorakılıq hadisəsi baş verib (VİDEO)

Dmanisi ərazisində yerləşən Armutlu meşəsində qadına qarşı zorakılıq hadisəsinin baş verdiyi bildirilir. 24News.ge xəbər verir ki, hadisə ilə bağlı ictimai fəal Samirə Bayramova sosial şəbəkədə paylaşım edib. O, istirahət məqsədilə ərazidə olduğu zaman qadına qarşı zorakılıq hadisəsinin şahidi olduğunu bildirib. Paylaşımda qeyd olunur ki, bir kişi qadını meşəlik əraziyə gətirərək onu döyməyə başlayıb. Hadisənin şahidi olan Bayramova bildirib ki, səsləri eşitdikdən dərhal sonra 112-yə zəng edib və daha sonra hadisə yerinə yaxınlaşıb. O, baş verənləri telefon vasitəsilə videoya çəkdiyini də qeyd edib. Şahidin sözlərinə görə, ərazidə mobil telefon rabitəsi zəif olub. O, yaxınlıqda olan iki kişidən onunla birlikdə hadisə yerinə gəlmələrini istəyib. Lakin həmin şəxslərdən biri buna “Bu, bizim nəyimizə lazımdır, bəlkə şəxsi məsələdir” deyə cavab verib. O bildirib ki, polis əməkdaşlarının gəldiyini görən şəxs hadisə yerindən qaçıb, qadın isə xilas olunub.

www.24news.ge