Haqqımızda Reklam
20 
Sen
2026
17:46
4
6
117

Putin Rusiyanın Tsxinvali və Cənubi Osetiyaya dəstəyini davam etdirəcəyini bildirib

"Rusiya ilə Tsxinvali arasında münasibətlər uğurla inkişaf edir". 24News.ge xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin işğal olunmuş Tsxinvalinin qondarma “prezidenti” Marat Kambolova “Respublika Günü” münasibətilə göndərdiyi təbrik məktubunda bildirib. Putinin sözlərinə görə, Rusiya ilə Tsxinvali arasında münasibətlər mehriban qonşuluq və müttəfiqlik ruhunda uğurla inkişaf edir. Rusiya prezidenti bildirib ki, Moskva və Tsxinvali müxtəlif istiqamətlərdə əməkdaşlıq edir və regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı fəaliyyət göstərir: “Biz çoxşaxəli tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə sıx birgə işi, şübhəsiz ki, davam etdirəcəyik”, – deyə Putin məktubunda qeyd edib. Putin həmçinin Rusiyanın “Cənubi Osetiya hakimiyyəti və xalqına” dəstəyini davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, Rusiya dövlətçiliyin qurulması və sosial-iqtisadi inkişaf məsələlərinin həllində mümkün olan bütün yardımı göstərməyə davam edəcək. Qeyd edək ki, ötən gün işğal olunmuş Tsxinvalidə qondarma “prezident seçkiləri” keçirilib. Qondarma “Mərkəzi Seçki Komissiyasının” məlumatına görə, Marat Kambolov 84,95 faiz səslə qalib gəlib.

www.24news.ge