Haqqımızda Reklam
07 
Sen
2026
10:31
4
5
168

Putin Paşinyanı Moskvaya dəvət edib

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı Moskvaya dəvət edib. 24News.ge xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Putin Paşinyanı sentyabrın 1-də Bişkekdə keçirilən görüş zamanı Moskvaya dəvət edib və Ermənistanın Baş naziri dəvəti qəbul edib. Peskov bildirib ki, Paşinyanın Rusiyaya səfəri yaxın vaxtlarda baş tutacaq. Səfərin dəqiq tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. Kremlin sözçüsünün sözlərinə görə, Moskva görüşündə Ermənistanın inkişaf istiqaməti və Avropa İttifaqına mümkün üzvlüklə bağlı referendum məsələsinin də müzakirə edilməsi gözlənilir. Putin Bişkekdəki görüş zamanı Ermənistanın Aİ-yə üzvlük planları ilə bağlı referendum keçirilməsini təklif etmişdi. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Nikol Paşinyan ötən həftə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər. Görüş zamanı tərəflər Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünün davam etdirilməsi və ya Avropa İttifaqına üzvlük məsələsinin müəyyənləşdirilməsi üçün referendum keçirilməsi məsələsini müzakirə ediblər. Danışıqlardan sonra Putin Paşinyanı iki ölkə arasında əməkdaşlığın konkret istiqamətlərini müzakirə etmək üçün Moskvaya dəvət etdiyini açıqlayıb.

www.24news.ge