Haqqımızda Reklam
09 
Avq
2026
12:56
11
2
848

Bu il Ərbəin mərasimində iştirak edən zəvvarların sayı açıqlanıb

Bu il Ərbəin ziyarəti çərçivəsində Peyğəmbərin (ə) əziz nəvəsi, Hz İmam Hüseyni (ə) Kərbəlada ziyarət etmək üçün 170-dən çox ölkədən şəhərə daxil olan zəvvarların sayı 23 milyonu ötüb. 24News.ge xəbər verir ki, bu barədə Kərbəlanın yerli təhlükəsizlik, sərhəd və müdafiə xidmətlərinin avqustun 5-də açıqladığı məlumatda bildirilib. Bildirilir ki, yerli iraqlı zəvvarlar da bu siyahıya əlavə edilərsə, ümumilikdə zəvvarların sayının 25 milyona yaxın olduğu hesab edilir. Məlumata görə, xarici zəvvarların əksəriyyəti İran, Pakistan, Hindistan, Türkiyə, Rusiya, Gürcüstan, Azərbaycan, Əfqanıstan, Livan, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, ABŞ və bir sıra Avropa ölkələrindən olub. Rəsmi statistikaya görə, bu il Ərbəin yürüşündə 50-dən çox ölkəni təmsil edən 16 min qeydiyyatdan keçmiş mokib və xidmət qrupu fəaliyyət göstərib. Qeyd edək ki, bu rəqəm yalnız qeydiyyatdan keçmiş mokibləri əhatə edir. İraqın müxtəlif bölgələrində yerləşən evlər, yollar, məscidlər və hüseyniyyələrdə zəvvarlara xidmət göstərən kiçik və böyük xidmət qruplarının ümumi sayı isə 50 mini keçib. Ərbəin mərasimi zamanı Kərbəla səhiyyə idarəsi 7 milyon zəvvarı tibbi xidmətlə təmin edib. Bundan əlavə, vilayətə sutka ərzində fasiləsiz 1 600 meqavat elektrik enerjisi verilib. Qeyd edək ki, avqustun 4-də keçirilən Ərbəin mərasimi dünyanın ən böyük dini toplantılarından biri hesab olunur. Tədbirin təhlükəsizliyinin təmin olunması üçün “Həşdi Şabi”nin 54 mindən çox hərbçisi İraqın müxtəlif əyalətlərində xidmət aparıb.

www.24news.ge