Haqqımızda Reklam
03 
Iyn
2026
12:19
13
3
632

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxslər saxlanılıb

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən nigeriyalılar saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 6 (altı) nəfər Nigeriya Federativ Respublikası vətəndaşı – 1980-cı il təvəllüdlü İguare Oliver Osagie, 1986-cı il təvəllüdlü Ogungbure Adesoji Austin, 1992-ci il təvəllüdlü Akinniyi Olamilekan Sunday, 1994-cü il təvəllüdlü Adele Moshood Adekunle, 1997-ci il təvəllüdlü King Tamarasinla Gloria, 1998-ci il təvəllüdlü Ajala Oluvafemi Moses həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıb. Qeyd olunub ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

www.24news.ge