Haqqımızda Reklam
03 
Iyn
2026
01:46
2
1
496

Tbilisidə avtomobil Kür çayına düşüb

Tbilisidə baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil Kür çayına düşüb. 24News.ge xəbər verir ki, hadisə yerində Fövqəladə Halların İdarə Olunması Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən xilasetmə əməliyyatı aparılır. Qurumdan verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik informasiya yoxdur. Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaqa başlanılıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.

www.24news.ge