Haqqımızda Reklam
02 
Iyn
2026
22:02
3
3
416

Baş nazir: "Gürcüstanda 670 minə yaxın şəxs sosial yardım alır, 233 mindən çox uşaq müavinətlə təmin olunur"

Gürcüstan hökumətinin proqramlarının icrası ilə bağlı Baş nazirin parlamentə təqdim etdiyi hesabatda sosial müdafiə sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr açıqlanıb. 24News.ge xəbər verir ki, sənədə əsasən, ünvanlı sosial yardım proqramı çərçivəsində 2026-cı ilin mart ayına olan vəziyyətə görə, təxminən 670 min nəfər yaşayış minimumu üzrə müavinət alır. Onların arasında hər ay uşaq müavinətindən yararlananların sayı 233 min 880 nəfərə yaxın təşkil edir. Hesabatda qeyd olunur ki, 2026-cı ildən etibarən sosial cəhətdən həssas ailələrin məlumat bazasında qeydiyyatda olan ailələrin əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında yenidən yoxlanılması prosesinə başlanılıb. Məqsəd dövlət resurslarının həqiqətən ehtiyacı olan şəxslərə yönəldilməsini təmin etməkdir. Sənəddə həmçinin bildirilir ki, ekoloji miqrantların məskunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Dövlət tərəfindən 2025-ci ildə 783 ekomiqrant ailəsi, 2026-cı ildə isə 451 ailə mənzillə və ya yaşayış şəraitinin yaxşılaşdırılması ilə təmin olunub. Bundan başqa, “Gürcüstana qayıdan miqrantların reinteqrasiyasına dövlət dəstəyi proqramı” da aktiv şəkildə həyata keçirilir. Proqram çərçivəsində 2025-ci ildə 600-dən çox geri qayıdan miqrant müxtəlif reinteqrasiya xidmətləri ilə təmin edilib. 2026-cı ilin ilk rübündə proqramda 500-ə yaxın geri qayıdan miqrant qeydiyyatdan keçib. Onlardan artıq 130-a yaxın benefisiara maliyyə və digər dəstək göstərilib. Hesabatda vurğulanır ki, geri qayıdan miqrantların reinteqrasiyası proqramı ilə yanaşı, dövlət “Gürcüstanda yaşayan əcnəbilərin inteqrasiyasına dəstək dövlət proqramı”nı da həyata keçirir. Bu proqram çərçivəsində benefisiarlar doqquz müxtəlif növ xidmətlə təmin olunurlar.

www.24news.ge