Haqqımızda Reklam
31 
May
2026
18:28
9
25
773

Marneulidə Nizami Gəncəvinin abidəsi təhqir edilib (VİDEO)

Marneuli şəhərində, Nəriman Nərimanov və Nizami Gəncəvi küçələrinin kəsişməsində yerləşən dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünə qarşı vandalizm aktı törədilib. 24News.ge xəbər portalına sözügedən küçənin sakinlərinin verdiyi məlumata əsasən, büstün göz və ağız hissələri əvvəlcə qırmızı rəngə boyanıb, daha sonra isə göz hissəsi qara rənglə rənglənib. Sakinlərin sözlərinə görə, abidə təxminən 10 gündür ki, bu vəziyyətdədir. Qeyd edək ki, ərazidə müxtəlif obyektlərdə fərdi, işıq dirəklərində isə dövlət qurumlarına məxsus təhlükəsizlik kameraları mövcuddur.

www.24news.ge