Haqqımızda Reklam
30 
May
2026
11:51
16
41
1830

Nika Melia: "Saakaşvilinin olduğu yerdə ölkə marağı yoxdur, yalnız şəxsi eqoist maraqlar var"

“Dəyişikliklər üçün Koalisiya”nın liderlərindən biri Nika Melia sabiq prezident Mixeil Saakaşvili haqqında sərt ittihamlar səsləndirib. 24News.ge xəbər verir ki, melia yaydığı məktubda bildirib ki, Saakaşvili ona qarşı uzun illərdir qısqanclıq hissi keçirir və bu hiss onu “boynuna dolanmış ilgək kimi boğur”. “Saakaşvili üçün yalan və həyasızlıq adi haldır, bunlarsız o artıq mövcud deyil”, – deyə Melia qeyd edib. Müxalif siyasətçi iddia edib ki, Saakaşvilinin olduğu yerdə dövlət maraqları deyil, yalnız şəxsi və eqoist maraqlar üstünlük təşkil edir. Melianın sözlərinə görə, Saakaşvilinin 2021-ci ildə yerli seçkilər öncəsi Gürcüstana qayıtmasının əsas səbəbi onun “qarşısıalınmaz qısqanclığı” olub. O bildirib ki, həmin dövrdə müxalifətin misilsiz birliyi, yeni donorların meydana çıxması və partiyada dəyişən siyasi dinamika Saakaşvilinin narahatlığını artırıb. Melia həmçinin iddia edib ki, 2021–2022-ci illərdə Saakaşvili hakimiyyətlə müəyyən vasitəçilər üzərindən əlaqə saxlayıb və bu məsələlərlə bağlı ictimaiyyətin gələcəkdə daha ətraflı məlumat alacağını bildirib. O qeyd edib ki, son beş il ərzində bu mövzuda açıq danışmasa da, Saakaşvilinin ona qarşı müntəzəm ittihamları səbəbindən susmağın artıq doğru olmadığını düşünüb. “Səhhətimdən və ya siyasi baxışlarımdan asılı olmayaraq, arxadan bıçaq vurmaqda təcrübəli olduğum bir şəxslə birlikdə olmağı məndən heç kim istəməsin. Saakaşvilinin olduğu yerdə ölkə marağı yoxdur, orada yalnız şəxsi eqoist maraqlar var. İvanişvilinin rəqibi olmağım Saakaşvilinin tərəfdaşı olmağım demək deyil”, – deyə o əlavə edib.

www.24news.ge