Haqqımızda Reklam
25 
Sen
2025
20:14
12
26
1321

Marneulidə “Lelo” partiyasının daha bir namizədi seçki prosesindən geri çəkilib

“Lelo – Güclü Gürcüstan” partiyasının Marneulidə daha bir majoritar namizədi seçki prosesindən geri çəkilib. 24News.ge xəbər verir ki, partiyanın Qullar ərazi birliyi üzrə majoritar namizədi Hümbət Cəlilov namizədliyini geri götürdüyünü açıqlayıb. Xəbər portalımızın suallarını cavablandıran Cəlilov bildirib ki, bu qərarı öz istəyi ilə, ona qarşı heç bir məcburiyyət olmadan verib. O, həmçinin qeyd edib ki, partiyanın Marneuli qərargahında onun komandasına qarşı müəyyən haqsızlıqlar baş verib. Bununla belə, ölkədə mövcud şəraiti nəzərə alaraq geri çəkilmək qərarına gəlib. Hümbət Cəlilov cari ilin bələdiyyə seçkilərində heç bir partiyaya dəstək vermək niyyətində olmadığını da bildirib.

www.24news.ge