Haqqımızda Reklam
06 
Sen
2025
23:45
43
4
1081

"Vahid Milli Hərəkat" liderləri Marneuliyə səfər ediblər (FOTO)

“Vahid Milli Hərəkat” Partiyası 4 oktyabr tarixində Rustaveli prospektində keçiriləcək toplantıya hazırlıqlarını davam etdirir. 24News.ge xəbər verir ki, partiyanın baş katibi Petre Çiskarişvili, regional katib Qiorqi Botkoveli, partiya liderlərindən Ceyhun Məhəmmədəli, Marneuli qərargahının rəhbəri Azad Kərimov və partiyanın bələdiyyə deputatı Ramal Əhmədov Kvemo Kartli bölgəsinə, xüsusilə Marneuliyə səfər ediblər. Liderlər əhali ilə görüşərək 4 oktyabr aksiyası barədə məlumat bukletləri paylayıblar və vətəndaşları toplantıda iştirak etməyə çağırıblar. Partiya rəhbərlərinin açıqlamasına görə, görüşlər zamanı əhaliyə izah olunub ki, saxtakar siyasi təşkilat “5 nömrə” adı altında insanları çaşdırmağa çalışır. Onların sözlərinə görə, keçiriləcək yerli seçkilər Rusiya xüsusi əməliyyatı xarakteri daşıyır və “Vahid Milli Hərəkat” bu əməliyyatda iştirak etmir. Partiyanın baş katibi Petre Çiskarişvili jurnalistlərə bildirib ki, onların əsas məqsədi cəmiyyətə aydın şəkildə çatdırmaqdır ki, seçkilər saxta oyunlardan ibarətdir və xalqın iradəsini əks etdirmir. O vurğulayıb ki, 4 oktyabrda Rustaveli prospektində bütün Gürcüstan xalqı birləşərək hakimiyyətə öz sözünü deyəcək. Partiya liderlərindən Ceyhun Məhəmmədəli isə qeyd edib ki, onların çağırışı sadəcə siyasi aksiyaya dəvət deyil, eyni zamanda Gürcüstan vətəndaşlarının azadlıq və ədalət uğrunda birliyinin nümayişidir. O əlavə edib ki, Rusiya tərəfindən idarə olunan saxta seçkilərə qarşı xalqın etirazı məhz 4 oktyabrda Rustaveli prospektində özünü göstərəcək. Məhəmmədəli bütün soydaşları və gürcüstanlıları aksiyaya qatılmağa dəvət edib. Partiya rəhbərləri bir daha cəmiyyəti 4 oktyabrda Rustaveli prospektində birləşməyə və aksiyada iştirak etməyə çağırıblar.

www.24news.ge