Haqqımızda Reklam
03 
Sen
2025
21:00
25
7
1247

Tbilisidə Dünya Çempionatının seçmə oyunları ilə bağlı yollarda məhdudiyyətlər tətbiq olunacaq

4 və 7 sentyabr tarixlərində Tbilisidə keçiriləcək Gürcüstan–Türkiyə və Gürcüstan–Bolqarıstan milli komandaları arasında futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi oyunları ilə əlaqədar olaraq, yollarda məhdudiyyətlər tətbiq olunacaq. 24News.ge xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb. Bildirilir ki, sözügedən tarixlərdə “Dinamo Arena” stadionunun ətrafında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq. Məlumata əsasən, hərəkət məhdudiyyəti hər iki gün saat 10:00-dan 00:00-dək qüvvədə olacaq.

www.24news.ge