Haqqımızda Reklam
03 
Sen
2025
15:36
19
5
2626

Atasına çoxsaylı bıçaq zərbəsi vuran gənc saxlanılıb

Tbilisidə yaşayış binalarından birinin blokunda 30 yaşlı şəxs atasına bıçaqla çoxsaylı xəsarətlər yetirib. 24News.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Prokurorluğun məlumatına əsasən, zərərçəkmiş vaxtında tibbi yardım aldığından onun həyatını xilas etmək mümkün olub. Hadisə ilə bağlı aparılan istintaq zamanı müəyyən edilib ki, cinayət ailə-məişət zəminində törədilib. Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi hadisədən dərhal sonra – isti izlərlə saxlayıb. Faktla bağlı istintaq davam etdirilir, saxlanılan şəxsi 16 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Prokurorluq təqsirləndirilən şəxsin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı artıq məhkəməyə müraciət edib.

www.24news.ge