Haqqımızda Reklam
10 
Avq
2025
13:21
42
11
2740

Baş nazir Vaşinqtondakı sülh razılaşmasına münasibət bildirib

Baş nazir İrakli Kobaxidze Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanan sülh sazişinə münasibət bildirib. 24News.ge xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampı, Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş Naziri Nikol Paşinyanı bu uğura, mühüm sülh sazişinin imzalanmasına və regionda sabitlik və iqtisadi inkişafın yeni dövrünün başlanmasına görə təbrik edib. İrakli Kobaxidze bildirib ki, Gürcüstan həmişə regional sülh və əməkdaşlığa dəstək verib və bu dəstəyi bundan sonra da davam etdirəcək. Bundan başqa, Gürcüstan Xarici İşlər Nazirliyi də sülh razılaşmasına münasibət bildirib. Nazirlik Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası əlaqələrin qurulması barədə əldə olunan razılığı alqışlayıb. Nazirliyin məlumatında bildirilir ki, bu razılaşma Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunması istiqamətində mühüm addımdır və regionun uzunmüddətli və stabil inkişafı üçün yeni imkanlar açır. Nazirlik xüsusilə onilliklərdir davam edən münaqişənin bitirilməsində ABŞ-ın və şəxsən Prezident Donald Trampın rolunu yüksək qiymətləndirir. Nazirlik ümid edir ki, bu tarixi hadisə Qara dəniz regionu və dünya miqyasında mövcud münaqişələrin sülh yolu ilə həllinə müsbət təsir göstərəcək. Qeyd edək ki, 8 avqust tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda sülh sazişini imzalayıblar.

www.24news.ge