Haqqımızda Reklam
17 
Iyl
2025
13:42
43
5
2301

Polşadan 27 nəfər Gürcüstan vətəndaşı deportasiya olunub (VİDEO)

Polşa təhlükəsizlik məqsədilə Gürcüstanın 27 və Moldova Respublikasının 13 vətəndaşını ölkədən deportasiya edib. 24News.ge xəbər verir ki, bu barədə Polşanın Sərhəd Xidməti məlumat yayıb. Qurumun məlumatına görə, ümumilikdə 40 nəfərin deportasiyası Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi – Frontex ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Deportasiya 15 iyul tarixində Polşanın Radom şəhərindən təyyarə vasitəsilə baş tutub. Məlumata əsasən, deportasiya edilən şəxslərdən biri – Gürcüstan vətəndaşı – oğurluq ittihamı ilə 12 dəfə məhkum olunub. Digər şəxslərin bəziləri spirtli içki və ya narkotik maddələrin təsiri altında avtomobil idarə etdiklərinə, həmçinin Polşada qeyri-qanuni yaşadıqlarına görə saxlanılıb. Qurum həmçinin bildirib ki, deportasiya olunan şəxslər arasında digər əcnəbilərə qanunsuz şəkildə sərhəd keçidində kömək edənlər də var.

www.24news.ge