Haqqımızda Reklam
21 
Sen
2019
18:29
5
1
755

Güclü külək Tbilisidə fəsadlar törədib, xəsarət alanlar var

Güclü külək Gürcüstanın paytaxtı Tbilisidə bir sıra fəsadlar törədib. 24News.ge xəbər verir ki, güclü külək nəticəsində şəhərin Dolidze küçəsində ağac iki nəfərin üzərinə aşıb. Həmin şəxslər yüngül xəsarətlər alsalar da, xəstəxanaya çatdırılıblar. Tbilisinin ayrı-ayrı rayonlarında aşan ağacların avtomobillərə və elektrik xətlərinə zərər vurması ilə bağlı məlumatlar daxil olub. Eyni zamanda təbiət hadisəsi Rustavi şəhərində də fəsadsız ötüşməyib. Şəhərdə bəzi ağacların yola aşması və elektrik xətlərinin zədələnməsi qeydə alınıb. Küləyin törətdiyi fəsadlarla bağlı Fövqəladə Halların İdarə olunması Xidmətinə Tbilisi sakinlərindən 25, Rustavi sakinlərindən isə 12 müraciət daxil olub. Qeyd edək ki, paytaxtda küləyin sürəti 27m/s-yə çatıb. Tbilisidə isə bu gün gecə saatlarında küləyin daha da güclənəcəyi və sabah nisbətən zəifləyəcəyi gözlənilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989