Haqqımızda Reklam
21 
Sen
2019
16:35
3
0
325

Güclü külək Tbilisi və Rustavi şəhərinə ciddi ziyan vurub

Tbilisinin Dolidze küçəsində ağacın aşması nəticəsində iki nəfər yüngül xəsarət alıb. Bu barədə Birinci Kanal məlumat yayıb. Bununla yanaşı, Rustavi şəhərində güclü külək nəticəsində yaranan fırtına elektrik xətlərinə ziyan vurub və nəqliyyatın hərəkətinə maneəçilik yaradıb. Qəzada heç kim xəsarət almayıb. Tbilisi üzrə güclü küləyin səbəb olduğu problemlərlə əlaqədar cəmi 25 hesabat təqdim edildi. Artıq Rustavi şəhərində Bələdiyyənin qaynar xəttinə 12 mesaj daxil olub, onlardan 10-u ağacların aşması, ikisi isə elektrik naqillərinə ziyandəymə faktlarıdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989