Haqqımızda Reklam
06 
Iyl
2025
09:35
39
4
1281

"Lelo" partiyasının qərarından sonra siyasi şuradan istefalar başlayıb

"Lelo - Güclü Gürcüstan" partiyasının payızda keçiriləcək bələdiyyə/ yerli özünüidarəetmə seçkilərində iştirakla bağlı qərar verməsi partiya daxilində istefalara səbəb olub. 24News.ge xəbər verir ki, sözügedən qərarla razılaşmayan, partiyanın aparıcı üzvlərindən olan Saba Buadze, Ana Naçvlişvili və Dea Metreveli siyasi şuradan ayrıldıqlarını açıqlayıblar. Qərarlarını sosial media vasitəsilə açıqlayan siyasi şura üzvləri ölkədəki mövcud vəziyyəti nəzərə alaraq seçkilərdə iştirakın heç bir nəticə verməyəcəyini və bu qərarın böyük səhv olduğunu vurğulayıblar. Saba Buadze, Ana Naçvlişvili və Dea Metreveli demokratik Gürcüstan üçün mübarizələrini davam etdirəcəklərini qeyd ediblər. Məlumat üçün bildirək ki, dünən, 5 iyul tarixində partiyanın baş katibi İrakli Kupradze digər üzvlərlə birlikdə “Lelo – Güclü Gürcüstan” partiyası yerli özünüidarəetmə seçkilərində iştirak edəcəyini elan edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989