Haqqımızda Reklam
20 
Iyn
2025
16:17
34
8
3242

Rövşən və Etibar İsgəndərovların məhkəmə qərarı elan olunub

Seçkilərin saxtalaşdırılmasında ittiham olunan Marneuli Bələdiyyə Məclisinin keçmiş sədr müavini Rövşən İskəndərov və onun əmisi oğlu Etibar İsgəndərov 1 il müddətinə azadlıqdan məhrum ediliblər. 24News.ge xəbər verir ki, hökm bu gün Bolnisi Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında elan olunub. İsgəndərovlar 2024-cü il oktyabrın 31-də saxlanılıb. Məhkəmə qərarına əsasən, onların cəza müddəti həmin tarixdən hesablanır. Bu isə o deməkdir ki, hər iki şəxs 2025-ci il oktyabrın 31-dək həbsdə qalacaq. İttiham tərəfinin iddiasına görə, Rövşən İskəndərov 2024-cü il oktyabrın 26-da Sadaxlıda yerləşən 69 saylı seçki məntəqəsində, əmisi oğlu Etibar İsgəndərovun iştirakı ilə seçkiləri saxtalaşdırmağa cəhd edib. Hadisə ilə bağlı yayılan videomaterialda onların çoxsaylı bülletenləri birgə şəkildə seçki qutusuna atdıqları əks olunub. Mənbə: Marneulifm

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989