Haqqımızda Reklam
21 
Sen
2019
07:22
30
2
2741

Gürcüstanda Azərbaycandilli universitetin yaradılması üçün imza toplanır

Marneulidə yerləşən "Gürcüstan Azərbaycanlılarının İnteqrasia mərkəzi"nin (GAİM) direktoru Aygül İsayeva artıq bir neçə gündür ki, Gürcüstanda Azərbaycandilli universitetin açılması ilə bağlı imza toplama kampaniyasına başlayıb. 24News.ge xəbər portalına müsahibə verən Aygül İsayeva imzaların Gürcüstanın Baş naziri Giorqi Qaxariaya və Azərbaycan Prezidenti İlham Əliyevə müraciət üçün toplandığını qeyd edib. A.İsayeva azərbaycandilli ali məktəbin ölkəmizdə yaradılmasının əsas səbəbi kimi, son illərdə azərbaycandilli məktəblərin bağlanmasının və kadr çatışmamazlığının həll olunması üçün vacib olduğunu deyir: "Gürcüstanda Azərbaycan dili və Ədəbiyyat müəllimi ixtisası üzrə kadr hazırlayan fakültə və ya universitet yoxdur. Bu gün yaşanan problemlər bir tək Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin çatışmamazlığı ilə bağlı deyil. Digər riyaziyyat, fizika, kimya, biologiya, tarix və s. kimi fənləri tədris edən Azərbaycan dilli müəllimlər də çatışmır. Gürcü dilində universiteti bitirən gənclər üçün isə Azərbaycan dilində kimya, biologiya, fizika, tarix və s. fənlərdən dərs demək çətinlik yaradır. Belə ki, bir çox terminlərin izahını vermək ana dilində də çətinlik törədir, gürcü dilində təhsil alanlar üçün isə bu ikiqat çətinlik deməkdir”, - deyə A.İsayeva bildirib. A.İsayeva onuda əlavə edib ki, problemi həll etmək üçün təklif olunan variantlardan biri də, tələbələri oxumaq üçün Bakı və ya Qazax bölgəsinə oxumağa göndərməkdir, bu isə yaxşı nəticə verməyəcək: "Azərbaycan dilli universitetdə təhsil alan tələbələr ixtisasından asılı olmayaraq 1-ci kursdan universiteti bitirənə qədər gürcü dilini də yüksək səviyyədə öyrənəcəklər. Bəzi insanlar Gürcüstanda Azərbaycan məktəblərində kadr çatışmazlığını həll etmək üçün Gürcüstandan olan gənclərin Qazax və Bakıda təhsil almasını təklif edirlər. Mən bunun tərəfdarı deyiləm, çünki 4 il Gürcüstandan kənarda təhsil aldıqda gürcü dilini öyrənməyəcək və bildiyi də yadından çıxacaq. Ona görə də ən optimal yol Gürcüstanda Azərbaycan dilli universitet təsis etməkdir. Düşünürəm ki, Gürcüstanda Azərbaycan dilli universitetin təsis edilməsi nəinki Gürcüstan azərbaycanlılarının təhsil problemini həll edəcək, həmçinin Azərbaycan və gürcü xalqları arasında dosltluq münasibətlərinin gücləndirilməsində önəmli rol oynayacaqdır", -deyə İsayeva bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989