Haqqımızda Reklam
20 
Sen
2019
17:53
11
3
1612

Savalan Mirzəyev parlamentdə ölkədə yaşayan azərbaycanlıların dövlət dili ilə bağlı problemini qaldırıb

Parlamentin bugünkü plenar iclasında ölkədə yaşayan azərbaycanlılar arasında dövlət dilini bilmək səviyyəsinin yüksək olmaması ilə bağlı məsələ qaldırılıb. 24News.ge bildirir ki, deputat Savalan Mirzəyev “nazir saatı” formatında çıxış edən barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşviliyə sual ünvanlayıb. Parlament üzvü bildirib ki, Kvemo Kartli bölgəsinin kəndlərində yaşayan sakinlər hələ də gürcü dilini bilmirlər. S.Mirzəyevin sözlərinə görə, kənd sakinləri ilə ünsiyyət zamanı ya tərcüməçi tələb olunur, ya da rus dilində danışmaq lazım gəlir. Deputat dövlət nazirindən milli azlıqlar arasında gürcü dilinin tədrisinin gücləndirilməsi məqsədilə gələcəkdə hansı addımların atılacağı barədə maraqlanıb. S.Mirzəyev dövlət idarələrində milli azlıqlardan olan gənclər üçün nəzərdə tutulan təcrübə proqramını yüksək qiymətləndirib və bu proqramın gələcəkdə davam etdirilib-etdirilməyəcəyini soruşub. Qeyd edək ki, hazırda K.Tsixelaşvili deputatların ona ünvanladığı sualları növbəli şəkildə cavablandırır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989