Haqqımızda Reklam
23 
May
2025
14:51
22
35
1015

Avropa İttifaqının diplomatı Gürcüstana buraxılmayıb

Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndələyinin əməkdaşı Saymon Vandenbruk Tbilisiyə buraxılmayıb. 24News.ge xəbər verir ki, Saymon Vanderbrokun ölkəyə buraxılmaması faktını təsdiqləyib. Qeyd olunub ki, məsələ ilə bağlı Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) şifahi nota ünvanlanıb və Gürcüstan hakimiyyəti təəssüf doğuran insidentə görə şifahi üzr istəyib. XİN-nin Aİ nümayəndəliyinin əməkdaşının vəzifə yerinə qayıtmasına etiraz etmədiyi bildirilib. Diplomat Aİ-nin Gürcüstan nümayəndəliyinin Əməkdaşlıq bölməsində çalışır. Onun səlahiyyətlərinə yardım proqramlarının koordinasiyası, assosiasiya haqqında sazişin reallaşdırılması, Aİ və Gürcüstan arasında siyasi və iqtisadi əlaqələrin inkişafı daxildir.

www.24news.ge