Haqqımızda Reklam
14 
May
2025
22:32
37
102
11877

TƏCİLİ: İtkin düşən Aytac Məmmədovanın cəsədi tapılıb

Bu gün Tbilisidə Kür çayına düşən avtomobilin və içərisində olan sərnişinlərin axtarışı zamanı naməlum bir cəsəd aşkarlanıb. 24News.ge xəbər portalının əldə etdiyi məlumata əsasən, tapılan cəsəd ekspertizaya göndərilib. Mövcud məlumata görə, aparılan ekspertiza nəticəsində məlum olub ki, cəsəd 40 gün əvvəl itkin düşmüş Qardabani bələdiyyəsinin Kosalı kənd sakini, 21 yaşlı Aytac Məmmədovaya məxsusdur. Qeyd edək ki, hadisə ilə bağlı 24News.ge yaxın dəqiqələrdə ətraflı reportaj təqdim edəcək.

www.24news.ge