Haqqımızda Reklam
09 
May
2025
20:12
56
5
729

Paşinyan: “Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq”

"Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında müharibə olmayacaq, sülh olacaq". 24News.ge xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da etdiyi video müraciətində qeyd edib. Ermənistanın baş naziri Nikol Paşinyan regionda sülhün mümkünlüyünü vurğulayıb: “Bu gün bizim regionumuzun dinc və firavan gələcəyinə öz töhfəmizi vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi razılaşdırılıb və imzalanmanı gözləyir. Biz bu yolla gedəcəyik. Regionumuz sülh və firavan yaşamaq haqqı qazanıb və belə də olmalıdır”. Baş nazirin sözlərinə görə, Ermənistan azadlıq, demokratiya və sülh yolu ilə irəliləyir: “Bu, asan yol deyil, amma getməyə dəyər. Onu başa çatdırmaq və geri dönməz mərhələyə çatmaq üçün bizə inam, ehtiyatlılıq və ardıcıllıq lazımdır”, - deyə Paşinyan vurğulayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989