Haqqımızda Reklam
06 
May
2025
12:59
14
14
2368

TƏCİLİ: Kvemo Kartliyə yeni qubernator təyinatı olub

Baş nazir İrakli Kobaxidze beş bölgədə yeni qubernatorlar təyin edib. 24News.ge xəbər verir ki, Kvemo Kartliyə Levan Xarabadze təyinat alıb. Məlumata əsasən, Levan Xarabadze ixtisasca hüquqşünasdır. O, indiyədək Daxili İşlər Nazirliyinin Quriya Polis İdarəsinin direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, baş nazirin qərarı ilə Mtsxeta-Mtianetidə qubernator vəzifəsini Aleksandre Zaqaşvili, Şida Kartlidə Simon Quledani, Samtsxe-Cavaxetidə Zaal Gelaşvili, Quriyada Giorgi Ghurcumelidze icra edəcəklər.

www.24news.ge