Haqqımızda Reklam
25 
Apr
2025
21:27
28
12
1443

Rusiya Baş Qərargahının generalı avtomobil partlayışında həlak olub

Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalyk avtomobilin partlaması nəticəsində həlak olub. 24News.ge xəbər verir ki, hadisə Moskva vilayətinin Balaşixa şəhərində baş verib. BBC rus mənbələrinə istinadən xəbər verir ki, partlayış bomba yüklü avtomobildə baş verib və bu zaman general həyatını itirib. Məlumata görə, partlayış generalın yaşadığı evin yaxınlığında qeydə alınıb. Rusiya Teleqram kanallarında yayılan xəbərlər də bu versiyanı təsdiqləyir. Rusiya İstintaq Komitəsi general Yaroslav Moskalykin bomba partlayışı nəticəsində ölməsi faktını rəsmi olaraq təsdiqləyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989