Haqqımızda Reklam
22 
Apr
2025
12:10
28
7
1516

Yeni təsis edilən Kvemo-Kartli Uşu-sanda Federasiyası tarix yazır (VİDEO-REPORTAJ)

Bir neçə aydır ki, təsis edilən Kvemo-Kartli Uşu-sanda Federasiyası artıq ölkə miqyaslı yarışlarda böyük naliyyətlər əldə etməyə başlayıb. 24News.ge xəbər portalına müsahibə verən Kvemo Kartli bölgəsinin Uşu-sanda Federasiyasının prezidenti, dəfələrlə SSRİ, Avropa və ikiqat dünya çempionu, Azərbaycanın Əməkdar idman ustası, Əməkdar məşqçi Canpolat Budaqov bildirib ki, çempionata 8 yaşdan yuxarı, 4 yaş kateqoriyasında və müxtəlif çəki dərəcələrində 32 idmançımız mübarizə aparıb. Uşu-sanda üzrə idman ustası Faiq Məmmədovun rəhbərlik etdiyi “Marneuli” klubunun 3 üzvü qızıl medal qazanıb. Bir idmançı ikinci, 8 idmançı isə üçüncü yerə sahib olublar. Kikboksinq üzrə idman ustası İbrahim Məmmədovun rəhbərlik etdiyi “Qaraçöp” klubunun yetirmələri isə 5 qızıl medal qazanıblar. Klubun 8 yetirməsi çempionatı ikinci, 4-ü isə üçüncü pillədə başa vurublar. Federasiyanın mövcud fəaliyyəti və gələcək planları barədə hazırlanan daha geniş reportajı sizə təqdim edirik:

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989