Haqqımızda Reklam
16 
Apr
2025
01:03
31
9
1847

Qaxariadan gözlənilməz açıqlama: "Biz bələdiyyə seçkilərinə hazırlaşırıq, lakin..."

"Gürcüstan Naminə" Partiyasının sədri Giorgi Qaxaria, partiyasının yerli seçkilərə hazırlaşdığını bildirib. 24News.ge xəbər verir ki, bu barədə Qaxariya “Tv Pirveli” telekanalının efirində açıqlama verib. O əlavə edib ki, tək yerli deyil, həm də oktyabrda parlament seçkilərinə hazırlaşacaqlar: "Biz qarşıdan gələn istənilən seçkilərə hazırlaşırıq, çünki siz siyasi partiyasınızsa, hər zaman seçkilərə hazır olmalısınız. Biz belə hərəkət edirik. Biz indi oktyabrda keçiriləcək parlament və yerli seçkilərə birlikdə hazırlaşırıq", - deyə Giorgi Qaxaria vurğulayıb. Aparıcının seçkilər birlikdə təyin olunmasa, qəti şəkildə imtina edib-etməyəcəyi ilə bağlı sualına Qaxaria qəti şəkildə imtina etməyəcəyini, lakin bu gün bu qərarı verməyə hazır olmadığını bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989