Haqqımızda Reklam
15 
Apr
2025
19:55
45
10
592

Litva hökuməti İvanişvili, Kobaxidze və digər bir sıra rəsmi şəxslərin ölkəyə girişinə qadağa qoyub

Litvanın Miqrasiya Departamenti ölkəyə girişi qadağan olunmuş 102 nəfər Gürcüstan vətəndaşlarının siyahısını dərc edib. 24News.ge xəbər verir ki, həmin şəxslərin arasında Baş nazir İrakli Kobaxidze, hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili, daxili işlər naziri Vaxtanq Qomelauri, Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin direktoru Vaja Siradze, Tbilisi meri Kaxa Kaladze, parlamentin vitse-spikeri Tea Tsulukiani, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəisi Qriqol Liluaşvili, “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze və parlament üzvü Dito Samxaradze də var. Viza məhdudiyyətlərinə əsasən, siyahıdakı şəxslər 2029-cu ilin dekabrına qədər Litvaya daxil ola bilməyəcəklər. Qeyd edək ki, ötən ay Litvanın sanksiyalarına münasibət bildirən İ.Kobaxidze Gürcüstanın bu ölkə ilə birtərəfli dostluq rejimində qaldığını bildirmişdi.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989