Haqqımızda Reklam
15 
Apr
2025
16:10
34
27
923

Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb (FOTO)

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri başlayıb. 24News.ge xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıb. Qeyd edək ki, Mixeil Kavelaşvili “X” sosial hesabında səfərlə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Gürcüstan Prezidenti kimi ilk rəsmi səfərimi dəyərli dost və strateji tərəfdaş ölkə olan Azərbaycana etməyimdən şərəf duyuram”

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989