Haqqımızda Reklam
22 
Mar
2025
21:37
18
100
6783

Marneulidə yol qəzası nəticəsində daha bir gənc həyatını itirib

Marneuli bələdiyyəsinin Sadaxlı kənd ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 24News.ge xəbər portalına daxil olan məlumata əsasən, hadisə zamanı iki avtomobil toqquşub, nəticədə 22 yaşlarında olan gənc Daşdəmirov Nəbi ağır xəsarətlər alıb. Mövcud məlumata görə, yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başladılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989