Haqqımızda Reklam
13 
Mar
2025
17:08
24
6
1082

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı proses başa çatıb

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə danışıqlar prosesi artıq başa çatıb. 24News.ge xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi danışıqların bitməsi ilə bağlı bəyanat verib. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığının məmnunluqla qeyd olunduğu bildirilib. Bəyanatda deyilir: "Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq". Ermənistanın baş naziri Nikol Paşinyan məsələyə münasibət bildirib və qeyd edib ki, Azərbaycanla sülh sazişi layihəsinin təsdiqi mühüm hadisədir. O, sülh sazişi imzalandıqdan sonra Azərbaycan-Ermənistan sərhədində üçüncü tərəf qüvvələrin yerləşdirilməyəcəyini qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989