Haqqımızda Reklam
12 
Mar
2025
18:54
21
5
2254

Tbilisi və regionlarda əməliyyat keçirilib - 23 nəfər saxlanılıb (VİDEO)

Tbilisi, Kvemo-Kartli, Sameqrelo-Zemo Svaneti, Acara və İmereti polis departamentlərinin əməkdaşları son dövrlərdə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotik cinayətləri ilə bağlı 23 nəfəri saxlayıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılanlar arasında Gürcüstan, Azərbaycan, Fransa, Moldova, Rusiya və İran vətəndaşları da var. Hüquq mühafizə orqanı əməkdaşları təqsirləndirilən şəxslərin yaşayış evlərinə və avtomobillərinə baxış zamanı maddi sübut kimi, külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edərək götürüblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin 260, 19-260, 262, 265 və 273-cü maddələri ilə araşdırma aparılır, saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989