Haqqımızda Reklam
08 
Fev
2025
22:52
34
18
2774

Baş nazir Rusiya ilə diplomatik əlaqələrin bərpası mümkündürmü sualına cavab verib

"Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil". 24News.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze "Euronews"ə müsahibəsində deyib. O bildirib ki, rəsmi Moskva Gürcüstanın ərazi bütövlüyünü pozur: "Rusiya ilə diplomatik əlaqələrimiz yoxdur. Rəsmi Moskva ərazi bütövlüyümüzü pozur. Abxaziya və Tsxinvali regionunun müstəqilliyinin tanınması səbəbindən diplomatik əlaqələrin bərpası müzakirə olunmur. Lakin biz praqmatik siyasət yürüdürük və bu, Rusiya ilə münasibətlərdə siyasətimizin əsas tərkib hissəsidir". Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan Rusiya ilə ticarət və iqtisadi əlaqələri saxlayır: "Ərazi bütövlüyü məsələsinə gəlincə, bu məsələni yalnız sülh yolu ilə həll etməkdən başqa alternativ yoxdur". Baş nazir həmçinin Gürcüstan-Qərb münasibətlərinə də fikir bildirib. O qeyd edib ki, Gürcüstan tarixən Avropanı Asiya ilə, Şərqi Qərblə birləşdirib: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə hazırdır, bizim mesajlarımız ABŞ-ın yeni administrasiyasının mesajları ilə üst-üstə düşür və bu, bizi nikbinləşdirir. Şimali Atlantika inteqrasiyasına gəlincə, indiki mərhələdə Qərb ölkələrinin qərarları, yanaşmaları, ətrafımızda yaradılmış ümumi kontekst səbəbindən bu məsələ gündəmdə deyil. Bununla belə, Avropaya inteqrasiya xarici siyasətimizin əsas prioritetidir. Təbii ki, hər hansı bir addım atmazdan əvvəl onun bütün əks təsirləri nəzərə alınmalıdır. Məsələn, biz Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmamaq qərarına gəldik, baxmayaraq ki, Qərb bizdən bunu bağlı qapılar arxasında və bəzən açıq şəkildə tələb edirdi. Qərarımız ölkənin milli maraqlarına və çox sadə bir həqiqətə əsaslanırdı: Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi Gürcüstan iqtisadiyyatı üçün çox böyük problemlər yaradar. Elə ilk ildə 10 faiz iqtisadi tənəzzülümüz olacaqdı və pessimist ssenaridə tənəzzül mənfi 18 faizə qədər aşağı ola bilərdi. Ona görə də qərarlar həmişə balanslaşdırılmış olmalıdır. Nəticədə, biz hələ də əsas milli maraqlarımızı qurban vermədən Avropa İttifaqının tamhüquqlu üzvü ola bilərik”, - deyə Baş nazir bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989