Haqqımızda Reklam
14 
Yan
2025
08:55
19
14
4632

Ortaçalada baş verən partlayış nəticəsində ölən və yaralılar var

Tbilisidə qaçqınların məskunlaşdığı yaşayış binalarının birində partlayış baş verib. 24News.ge xəbər verir ki, hadisə Ortaçala rayonunda qeydə alınıb. Məlumata görə, partlayışa qaz sızması səbəb olub. Nəticədə binanın fasadı və divarlarının bir hissəsi çöküb. Fövqəladə Halların İdarəolunması Xidmətinin yaydığı məlumata əsasən, hadisə nəticəsində bir nəfər həyatını itirib, dörd sakin isə müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Səhiyyə naziri Mixeil Sarcveladze bildirib ki, hazırda binanın dayanıqlığı yoxlanılır. Evakuasiya prosesi sürətlə aparılır və yaxın saatlarda bütün sakinlər müvəqqəti yaşayış yerlərinə yerləşdiriləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989