Haqqımızda Reklam
17 
Sen
2019
13:04
0
0
178

Ölkədə respondentlərin 63%-i ölkənin iqtisadi durumunu mənfi qiymətləndirib

Gürcüstanda rəyi soruşulanların böyük əksəriyyəti ölkənin iqtisadi vəziyyətinin pis olduğunu hesab edir. 24News.ge xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib. Respondentlərin 63%- iqtisadi vəziyyəti “pis”, 4%-i isə “müsbət” qiymətləndirib. Sorğuda iştirak edənlərin 31%-i isə iqtisadi durumun dəyişmədiyini bildirib. Rəyi soruşulanların 48%-i turizmi, 31%-i kənd təsərrüfatı, 6%-i isə istehsal və sənayeni Gürcüstan iqtisadiyyatının ən güclü sahəsi adlandırıb. Qeyd edək ki, NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək 2 131 respondent arasında keçirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989