Haqqımızda Reklam
05 
Dek
2024
23:55
98
16
1571

Zurabişvili: "Gürcü Arsuzu Saakaşvili dövründən də betər olub, baş nazir dəyişdirilməlidir"

“Gürcü Arzusu bu gün Saakaşvili dövründən də betər olub. Bunlar Saakaşvilinin dövründə olan şeyləri təkrarladı və əlavə etdilər". 24News.ge xəbər verir ki, bu sözləri prezident Salome Zurabişvili İctimai televiziyanın efirində müsahibəsi zamanı deyib. O bildirib ki, “Gürcü arzusu”nun yeganə rəqibi Mixeil Saakaşvilidir: “Yeri gəlmişkən, humanitar, sağlamlıq problemi olanda mən Rati Breqadze ilə bu məsələ ilə bağlı bir neçə dəfə görüşmüşəm. Dəfələrlə demişəm ki, bu məsələ sizin hökumətin qərarıdır, bu, siyasi məsələdir, əfv yox. Əfv başqa şeylə bağlıdır, mənəvi ölçüdür, ona görə də “yox” dedim. "Arzu"nun bir canı var, Mişa həmişə onun yeganə rəqibi olacaq. Odur ki, hər hansı səs bu günə qədər gəlib çatıbsa, o dövrü xatırlayan insanlardandır. Bu gün “arzu” Saakaşvili dövründən də betər olub. O, Saakaşvilinin dövründə olan şeyləri təkrarladı və əlavə etdi. Rusiya avtoritarizmi, təkpartiyalılığı, seçkilərin saxtalaşdırılmasını, insanların hüquqlarının pozulmasını, biznesin əsarətini artırdı". Zurabişvili həmçinin qeyd edib ki, “böhranı həll edə bilməyən” və “yalnız xalqı necə təhdid etməyi bilən” baş nazir dəyişdirilməlidir: “Böhranı həll edə bilməyən, ancaq insanları necə təhdid etməyi bilən və heç bir şəkildə siyasi kompromis axtarmayan baş nazir dəyişdirilməlidir və bu baş nazir istefa verən kimi 2 həftədən sonra seçkilər təyin etməliyəm. Növbəti seçkilərin necə keçiriləcəyi ilə bağlı birgə danışıqlar aparılmalıdır. Bu kompromisdir, bu, depolarizasiyadır, bu, ölkə üçün həll yoludur, bu, sabitlikdir, bu sülhdür, bu, sabit, azad və demokratik olacaq ölkənin gələcəyidir”, - deyə prezident bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989