Haqqımızda Reklam
05 
Dek
2024
21:15
118
24
969

Tbilisidə genişmiqyaslı etiraz aksiyası yenidən bərpa olunub (VİDEO)

Hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən paytaxt Tbilisidə etiraz aksiyası keçirirlər. 24News.ge xəbər verir ki, etiraz aksiyasının iştirakçıları parlament binası önünə toplaşıblar. Yüzlərlə insanın iştirak etdiyi Rustaveli prospekti bağlanıb. Qeyd edək ki, parlament binasının ətrafına çox sayda xüsusi təyinatlı dəstə və bir neçə su reaktiv maşını cəlb olunub. Bundan başqa, ölkənin digər bir sıra böyük şəhərlərində də etiraz aksiyaları davam edir. Məlumat üçün bildirək ki, aksiya iştirakçıları hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırlması qərarına etiraz edirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989