Haqqımızda Reklam
05 
Dek
2024
18:09
85
27
2052

Marneuli bazarında pirotexniki vasitələrin satışına qadağa qoyulub

Ötən gündən etibarən Marneuli bazarında pirotexniki vasitələrin satışına qadağa qoyulub. 24News.ge xəbər portalına məlumat verən sahibkarların sözlərinə görə, Gəlirlər Xidmətinin əməkdaşları bazara gələrək müvəqqəti satışı dayandırmaq barədə tapşırıq veriblər. Sahibkarlar yaranmış bu vəziyyətdən narahatdırlar və aldıqları məhsulu yeni il öncəsi sata bilməsələr ciddi zərər görəcəklərini bildirirlər. Qeyd edək ki, eyni hadisə bir neçə gün öncə Tbilisinin Lilo bazarında da yaşanıb. Xatırladaq ki, son bir neçə gündə Tbilisidə etirazçılar xüsusi təyinatlılardan bir növ qorunmaq üçün xüsusi təyinatlılara qarşı pirotexniki vasitələrdən istifadə edirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989