Haqqımızda Reklam
17 
Sen
2019
12:15
1
0
418

Gürcüstanda milli azlıqlar arasında SSRİ-nin dağılmasını pisləyənlərin sayı artıb

Gürcüstanda rəyi soruşulan milli azlıqların 58%-i SSRİ-nin dağılmasını ölkə üçün pis hadisə adlandırıb. 24News.ge xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib. Etnik azlıqları təmsil edən respondentlərin 21%-i Sovetlər Birliyinin süqutunun yaxşı hadisə olduğunu hesab edir. Ölkədə milli azlıqlar arasında SSRİ-nin dağılmasını pis hadisə hesab edənlərin faizi artıb. Belə ki, NDI-nin bu ilin mayında keçirdiyi sorğuya əsasən, bu göstərici 52% təşkil edib. Gürcüstan üzrə respondentlərin 49%-i bu hadisəni yaxşı adlandırıb, 10%-i isə suala cavabı bilmədiyini deyib. Qeyd edək ki, NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək 2 131 respondent arasında keçirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989