Haqqımızda Reklam
17 
Sen
2019
11:31
0
1
384

Gürcüstan vətəndaşları əsas problemlərini açıqlayıblar

Gürcüstanda respondentlərin 48%-i iş yerlərini özləri üçün ən əsas problem adlandırıblar. 24News.ge xəbər verir ki, bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub. Rəyi soruşulanların 34%-i əsas problemi qiymət artımı, 33%-i yoxsulluq, 29%-i isə ərazi bütövlüyü məsələsini ən böyük problem kimi göstərib. Respondentlərin 22%-i əsas problemin təqaüd, 19%-i isə əməkhaqqı ilə bağlı olduğunu bildirib. NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək 2 131 respondent arasında keçirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989