Haqqımızda Reklam
09 
Nybr
2024
22:23
123
24
1137

Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam etdirilir (FOTO)

"Azərbaycan Evi" və "QANUN" Hüquqi Yardım Mərkəzi arasında bağlanmış memoranduma əsasən, vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardımların göstərilməsinə dair oktyabr ayının 20-si və 27-də "Azərbaycan Evi"ndə adı çəkilən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov tərəfindən əvvəlcədən qeydiyyatdan keçmiş Marneuli və ətraf kəndlərin sakinlərinin hüquqi problemləri olan vətəndaşların qəbulu keçirilib. Bu barədə 24News.ge xəbər portalına “Azərbaycan Evi”ndən məlumat verilib. Bildirilib ki, altıncı qəbul günündə 6 nəfər Gürcüstan vətəndaşları qəbul edilərək problemləri dinlənilib. Vətəndaşların problemlərinin (əfv məsələləri, qanunsuz cərimlərin silinməsi, vərəsəlik, mülkiyyət, ailə zorakılığı, və.s) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına, Gürcüstan Prezidentinə, baş prokurorluğa və məhkəmə-hüquq orqanlarının elektron ünvanına göndərilib. Qeyd edək ki, qəbul günləri davam etdirilir və soydaşlarımız bu xidmətdən faydalanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərlər. Tel: 599 10 96 90

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989