Haqqımızda Reklam
09 
Nybr
2024
22:10
62
10
882

Tbilisidə keçirilən etiraz aksiyası Gürcüstan və Avropa İttifaqının himnlərinin səsləndirilməsi ilə başa çatıb

Tbilisidə müxalifət partiyaları və tərəfdarlarının keçirdiyi etiraz aksiyası Qəhrəmanlar Meydanında başa çatıb. 24News.ge xəbər verir ki, müxalifət liderləri və tərəfdarları Tbilisidə iki hissədə toplaşıb, oradan Qəhrəmanlar Meydanına doğru yürüş ediblər. Mitinq iştirakçıları oktyabrın 26-da keçirilən parlament seçkilərinin qanun pozuntuları ilə keçirildiyini, bu səbəbdən də təkrar seçkilərin çağırılmasının zəruriliyini bildiriblər. Onların fikrincə, yeni çağırış parlament qeyri-legitimdir, seçkilərin nəticələri beynəlxalq ictimaiyyət, eləcə də ölkə daxilində əhalinin böyük bir hissəsi tərəfindən tanınmayıb, buna görə də müxalif siyasətçilərin fikrincə, “müxalifət qeyri-legitim parlamentə girmək fikrində deyil”. Qəhrəmanlar Meydanına toplaşanlar Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və nəhayət, Gürcüstan və Avropa İttifaqının himnlərinin səsləndirilməsi ilə aksiya başa çatıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989