Haqqımızda Reklam
09 
Nybr
2024
21:59
52
15
1731

Almaniyanın Gürcüstandakı səfirliyindən gözlənilməz açıqlama: "Dinc inqilab mümkündür"

“Dinc inqilab mümkündür. Berlin divarının yıxılması buna misaldır”. 24News.ge xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfirliyinin bəyanatında qeyd olunub. Sözügedən bəyanatda deyilir: “Onillər boyunca Almaniya Demokratik Respubikası öz vətəndaşlarını repressiya və zorakılıq sistemində qapalı saxladı. ADR vətəndaşları cəsarət və öz müqəddəratlarını təyin etmək, azadlıqda yaşamaq istəklərini nümayiş etdirərək Berlin divarının dağıdılmasına nail oldular. Bununla onlar Mərkəzi və Şərqi Avropa xalqları ilə birlikdə Almaniyanın yenidən birləşməsinə və azad, vahid Avropaya zəmin yaratdılar. Eyni şeyi bu gün də demək olar: azadlıq öz-özünə gəlmir, biz onun uğrunda mübarizə aparmalıyıq – bu, o vaxt da belə idi, bu gün də, burada və dünyada da belədir”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989