Haqqımızda Reklam
09 
Nybr
2024
21:41
262
16
775

Dmanisidə “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib (FOTO)

Dmanisidə fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. 24News.ge xəbər verir ki, əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğurunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonar Mərkəzin rəhbəri Kamran Xıdırov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. “Bu gün Qəhrəman Azərbaycan Ordusunun erməni işğalçıları üzərində tarixi qələbəsinin 4-cü ildönümüdür. 8 Noyabr-Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. Tədbirdə çıxış edənlər xalqımızı Zəfər Günü münasibətilə təbrik edib. Bildirilib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 il davam edən işğala 44 gündə son qoyub, düşməni əzəli torpaqlarımızdan qovub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Əldə olunan qələbənin nəinki Azərbaycan, həmçinin dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən biri olduğunu bildirib”, - deyə K. Xıdırov qeyd edib. Tədbirin sonunda mərkəzin üzvləri - tələbə və şagirdləri tərəfindən Vətən müharibəsinə həsr olunmuş səhnə əsəri nümayiş olunub və mərkəzin məzunları müharibə mövzusunda qələbəmizə ithaf etdikləri şerlərini söyləyiblər. Tədbirdə, həmçinin gənc istedadlı rəssam Rəvan Nəbiyevin Vətən müharibəsinə həsr olunmuş əl işləri və rəsmləri nümayiş olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989