Haqqımızda Reklam
16 
Sen
2019
12:28
63
7
7176

Mixail Saakaşvilinin evində qonaq olan azərbaycanlı gənclər 24News.ge-yə danışdı

“Biz buraya Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin dəvəti ilə onun evinə qonaq gəlmişik. İlk öncə “Yeni Liderlərin Təşəbbüsü” layihəsi çərçivəsində Ukraynanın Odessa bölgəsinə gəldik və burada Mixeil Saakaşvili ilə rəsmi görüşümüz baş tutdu. Daha sonra isə o bizi Ukraynanın paytaxtı Kiyevdəki evinə dəvət edi. Burada onunla gələcək siyası planlar haqqında danışdıq”. Bu sözləri 24News.ge xəbər portalına Ukraynada Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin evində qonaq olan fəal gənclərdən Novruz Mehdiyev və Naşir Orduxanov bildirib. N.Mehdiyev sözlərinə görə, M.Saakaşvilinin qeyri gürcülər üçün möhtəşəm planları var: “Saakaşvilinin planları xüsusən təhsil və qeyri gürcü millətlərinin cəmiyyətə inteqrasiyasıdır. Saakaşvili bizlə söhbəti zamanı 1+4 proqramından söz açaraq qeyd etdi ki, ‘Gürcüstana qayıtdığımda qeyri gürcülər üçün məktəblərdə dəyişiklik proqramları həyata keçirəcəm. Hansılar ki, şagirdlər daha effektiv və daha asan yolla dövlət dilini öyrənəcəklər’ ”. N.Mehdiyev: Burada sabiq prezidentə sualım oldu, 1+4 proqrami çox effektivdir ve bunu siz həyata keçirmisiniz: amma təəssüf ki, sizdən sonra bu kimi proqramlar həyata keçirilməyib, siz necə düşünürsüzünüz yeni fərqli proqramlar lazimdir yoxsa köhnə sistem kifayyətdirmi? “1+4 proqramından savayi Gürcüstanda yaşayan qeyri gürcülər üçün daha effektiv proqramlar hələ ki, gerçəkləştirilməyib. Belə proqramlara isə ehtiyac duyulur. Siz buraya ‘Yeni Liderlərin Təşəbbüsü’ adlı layihə çərçivəsində gəlmisiniz. Hansı ki, yeni liderlər yetişdirib gələcəyi idarə etməkdə böyük rolları nəzərdə tutur. Bu gün buraya 40 nəfər gənc gəlib hansı ki, minlərlə gənclər arasından seçilib. Sizlərsiniz Gürcüstanın gələcəyi və sizi buraya yığmaqda məqsədimiz yeni simalar yaradıb hakimiyyəti sizlərə birliktə idarə etməkdi və qeyd edim ki, mən hakimiyyətə qayıdanda köhnə simalar öz kabinetlərinə qaytarmaq fikirim yoxdur. Onların yerinə siz gənclər gələcəksiniz”,-deyə M.Saakaşvili cavalayıb. Naşir Orduxanov isə bildirib ki, biz “Yeni Liderlər Təşəbbüsü” layihəsi çərçivəsində təqribən 1000 nəfər gəncin arasından seçilərək 40 nəfər olaraq bu layihədə iştirak etmək hüququ qazandıq: “Layihənin növbəti mərhələsində biz Ukraynada ölkəmizin üçüncü prezidenti cənab Mixeil Saakaşvili ilə görüşdük və onun məsləhətlərini dinlədik. Daha sonra isə cənab sabiq prezident bizi Kiyevdəki şəxsi evinə qonaq dəvət edi.” N.Orduxanovun qeyd edib ki, M.Saakaşvili Gürcüstanda milli azlıqlarla bağlı inteqrasiya prosesinin düzgün formada işləmədiyini vurğuladı: “Mövcud hakimiyyət bu prosesi inkişaf etdirmir tam əksinə ləngidir. Saakaşvili Gürcüstana qayıtdıqda daha çox ölkədə yaşayan azərbaycanlıların ali təhsil almalarına təkan verəcəyəini bildirdi. Qeyd edək ki, "Yeni Liderlər Təşəbbüsü" layihəsi 5 sessiyadan ibarət olaraq təxminən 1 ay davam edib. Təlimlərdə 600-yə yaxın iştirakçı, 5000-dən çox müraciət edən olub. Təlimlər və Saakaşvili ilə görüş Yeni Liderlər Təşəbbüsü qeyri-hökümət təşkilatının direktoru Kristina Puşau tərəfindən təşkil olunub. Təşkilatın azərbaycanlılar üzrə koordinatoru, həmçinin təlimlərdə mühazirə söyləyən Ziyəddin İsmayılovdur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989