Haqqımızda Reklam
31 
Okt
2024
11:03
54
28
426

Papuaşvili: "Azərbaycanla dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edəcək"

“Azərbaycan ilə Gürcüstan arasında güclü qardaşlıq və dostluq əlaqələri var". 24News.ge xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində parlamentin sədri Şalva Papuaşvili deyib. O, Azərbaycan Prezidentinin təbrik məktubunu da şərh edib: “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevdən və digər siyasi şəxslərdən təbriklər aldıq. Bu, bizim dostluğumuzun bariz nümunəsidir. Bundan sonra da hər iki ölkə arasında bugünədək qoruyub saxladığımız sıx dostluq və qardaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edəcək, daha da möhkəmlənəcək”, - deyə Ş.Papuaşvili qeyd edib. Onun sözlərinə görə, Gürcüstan Parlamenti yaxın vaxtlarda yeni tərkibdə fəaliyyətə başlayacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989