Haqqımızda Reklam
31 
Okt
2024
10:45
232
5
3043

DİN-dən rəsmi açıqlama: Rövşən İskəndərov və daha bir şəxs saxlanılıb

Marneulidə 69 saylı seçki məntəqəsində seçki qutusuna kütləvi bülleten atdıqlarına görə, Marneuli Bələdiyyə Məclisinin sədr müavini 1984-cü il təvəllüdlü R.İ və 1990-cı il təvəllüdlü E.İ saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, saxlanılan şəxslər seçki sənədlərini qəsdən saxtalaşdırmaqda ittiham olunurlar. İstintaq zamanı müəyyən olunub ki, oktyabrın 26-da parlament seçkiləri zamanı Marneuli bələdiyyəsinin Sadaxlı kəndinin 69 saylı seçki məntəqəsində təqsirləndirilən şəxslər qanunun tələblərini pozaraq seçki bülletenlərini toplu şəkildə qutuya atıblar. Qeyd olunan faktla əlaqədar Marneuli Dairə Seçki Komissiyasının qərarı ilə 69 saylı seçki məntəqəsində səsvermə dayandırılıb və səsvermənin nəticələri etibarsız hesab edilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin seçki ilə bağlı sənədləri: seçki siyahıları, protokollar, bülletenlər, qeydiyyat jurnalları və nəzarət vərəqələrinin qəsdən saxtalaşdırılmasını nəzərdə tutan 164-cü maddəsi ilə istintaq başladılıb. Nazirlikdən bildirilib ki, saxlanılan şəxsləri 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989