Haqqımızda Reklam
30 
Okt
2024
20:07
85
9
1147

Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına qəbulla bağlı tövsiyə verməkdən imtina edib

Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına qəbulla bağlı danışıqlara başlamaq üçün tövsiyə verməkdən yayınıb. 24News.ge xəbər verir ki, bu barədə bəyanat AK-nın namizəd ölkələrin Aİ-yə gedən yolda genişlənməsi və tərəqqisinə dair Brüsseldə dərc olunan illik hesabatında yer alıb. Bildirilib ki, əgər Gürcüstan Aİ-yə gedən yolunu sarsıdan kursunu dəyişməsə və islahatların həyata keçirilməsində Aİ-nin narahatlıqlarına cavab vermək üçün aydın səylər nümayiş etdirməsə, AK Gürcüstan ilə danışıqlara başlamaq tövsiyəsini nəzərdən keçirmək iqtidarında olmayacaq. Sənədə əsasən, hesabat dövründə vətəndaş cəmiyyəti nümayəndələrinə və jurnalistlərə qarşı hədə-qorxu, təhdid, şifahi və fiziki zorakılıq halları artıb. Vurğulanıb ki, Gürcüstan xarici siyasət üzrə Aİ qərarlarının cəmi 49 %-ni yerinə yetirir və bu göstəriciyə görə 10 namizəd dövlət arasında sondan əvvəlki yeri tutur. Qeyd edək ki, Avropa Komissiyasının tövsiyəsi namizəd ölkənin qəbulu üçün danışıqlara başlamaq məsələsində əsas addımdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989